Sizin reklam burada
Sizin reklam burada
  • Kafe və restoranlar qarşısında yeni tələblər qoyulur

    Kafe və restoranlar qarşısında yeni tələblər qoyulur Qida məhsullarının satışı və istehlakı zamanı onların təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilir.
    Bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində öz əksini tapıb.
    Qanun layihəsində qeyd edilir ki, qida məhsullarının istehlak olunduğu ictimai iaşə obyektləri qida təhlükəsizliyi sahəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan və ya təsdiq edildikdən sonra qida məhsullarını istehlakçılara təqdim edə bilərlər.
    Qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a (qida təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sistemi) əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.
    Qeyd edək ki, qanun layihəsinin Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ