Sizin reklam burada
Sizin reklam burada
  • Məqsədə doğru irəli, Vüsalə!

    Məqsədə doğru irəli, Vüsalə! 2003-cü il il sentyabrın 21-də Sumqayıt şəhərində Məhəmməd kişi və Zenfira xanımın ay parçası kimi qız nəvələri dünyaya gəlişi ilə onların arzularını gerçəkləşdirdi. Bu ailədə ağsaqqal-ağbirçəkdən tutmuş, bütün üzvlər bir səsləVüsalə adlandırdıqları qızın gəlişini həsrətlə gözləyirdilər. Hamısı o gül qönçəsi qızıöz məhəbbətlərinin istisilə,əsrarəngiz musiqi təranələri ilə böyütmək sövqündə idi. Ata və ananın hansı hisslərlə, duyğularla şirin körpəni böyüdüb, yeriyən, yüyürən, danışan, nəğmə oxuyan bir qıza çevrilməsi haqda kitab da bağlansa az olar.
    Vüsalə Məmmədova 2010-2019-cu illərdəSumqayıt şəhər 5 saylı tam orta məktəbdə oxuyub. 2014-cü ildəƏhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət məktəbinə daxil olub.Oranı bitirdikdən sonra, 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinə xanədəlk ixtisasıüzrəqəbul olub. Musiqi ilə məşğul olmaq istəyi Vüsaləni bir an belə rahat buraxmayıb. Onun qabiliyyətinə inanan, uğurlarından sevinən anasıElnarə xanım sevimliqızının gözəl xanəndə kimi məharətli ifalarını təkrar dinləməkdən doymur və püxtələşməsi istiqamətindəəlindən gələni əsirgəmir, ecaskar ifasından fərəhlənir, onun sənət yollarında büdrəmədən irəliləməsinəçalışır.
    Vüsalənəinki ailəüzvlərinin, hətta geniş tamaşaçı kütləsinin də sevincinə səbəb olub.
    Şübhəsiz ki, ünvanına yağan alqışlar gələcək sənət yollarında onu daha yüksək sənətkarlıq nümunələri yaratmağa səsləyir. Böyük uğurlar və sonsuz yaradıcılıq sevincləri sənə nəsib olsun, Vüsalə, deyənlərin sayıçoxalır.
    Azərbaycan istedadlar diyarıdır.Bu, zaman-zaman sübut olunmuşdur.Hazırda ölkəmizin gələcək inkişafını təmin edəcək vəöz-dəsti xətti ilə, müxtəlif yaradıclıq qabiliyyətiləbir-birindən seçilən, zəngin maraq dairəsinə malik istedadlarımız vardır.Çox sevindirici haldır ki, belələrini görəndə insanın ürəyi dağa dönür.Onlar istedadlı və bacarıqlı olmalarına görə digərlərindən fərqlənirlər.Hətta daha üstündürlər desək, yəqin ki, yanılmarıq.

    Qaynayan bulağa bənzər istedad,
    Nə qədər gözünü qapasan belə.
    Səni gecə-gündüz buraxmaz azad,
    Gərəkli eləyər elə-obaya.

    Hazırda musiqi insanların ayrılmaz hissəsinəçevrilib. Bu belə də olmalıdır. Çünki, bu bağlılıq insan ömrünün elə ilk anlarından başlayır. Muğam xalqımızın peşəkar musiqisinin əsas janrlarındandır. Azərbaycanın qədim və müasir musiqi növü kimiözününşirinlyi, cazibədarlığı, özünəməxsusluğu ilə seçilir.Muğam aləmi sanki ucsuz-bucaqsız bir dəryadır. Bu dəryaya batanlar onun dəyərini, sirrini daha dərindən bilir və duyur.
    Muğam hər bir azərbaycanlının canı, qanıdır. Muğamların hekayətini və mahiyyətini öyrənmək üçün gərəkqabiliyyətli olasan. Bütün diqqətini bu mürəkkəb sənət növünün incəliklərini mənimsəməyə yönəldən Vüsaləöyrəndiyi təsnif və rənglərləçalışır hər kəsi heyrətləndirsin.Bəli, muğam süjetli əsərdir. Muğamlarda vuruşmalar, çəkişmələr, dinc həyat var. Muğamlarda bəzən nisgil, ayrılıq, bəzən də xoş ovqat var. Bu duyğularıVüsaləçox aydın hiss edir və çalışır ki, muğamlarımızı ifasında olduğu kimi xarakterizə etsin. Məqsədə doğru irəli, Vüsalə!Məqsədə doğru irəli, Vüsalə!Məqsədə doğru irəli, Vüsalə!
    Zəngin musiqi irsinə malik olan Azərbaycanın hər bölgəsi, hər daşı, hər qayası muğamla yaşayır və yaşayacaq. Nə qədər ki, Azərbaycan xalqının muğama məhəbbəti var, muğam yaşayacaq. Musiqi insanın hər bir anında sirdaşıdır.Milli musiqimiz bu gün də sevilərək zövqlə dinlənilir.Ümumiyyətlə, musiqi adlı ecazkar aləmə düşən hər kəs qəlbindəki sevgi və sənətə məhəbbətləömürlük bağlanır və həyatının mənasını bunda görür. İnsanın hiss və həyəcanlarını ardıcıl şəkildə ifadə etməkdə musiqinin digər incəsənət növlərinə nisbətən daha geniş imkanları vardır. İnsan hisslərini oyadan vəonu şövqə gətirən sərhəd tanımayan musiqi həqiqətən də qüdrətli vasitədir. Bəli, xüsusilə qeyd edək ki, muğamımız ən gözəl möcüzələrlə dolu ilahi nemətdir desək, yanılmarıq. Muğamlarımızı, milli musiqimizi ecazkar səsində canlandıran Vüsaləbütün ürəkləri fəth etməyə səy göstərir.
    Hər bir kəs ilk növbədə insanlara, xalqa xidmət etməli, dünyada yaxşı iz qoyub getməlidir.İnsan həyatı dəyərli və məqsədlidir.İnsanın özünüreallaşdırma cəhdi onu öz qabiliyyətini daim inkişaf etdirməyə, cəmiyyətin tərəqqisinə, onun mədəniyyətinəöz töhfəsinin verməyə həvəsləndirir. Hər bir adamında reallaşdırdığı arzuları, məqsədləri onun həyatının mənasına çevrilir. İnsanı inkişaf etdirən, daim irəli aparan, gələcəyini təmin edən məhz onun arzuları olmuşdur.
    İnsan üçün ən əziz şey həyatdır.N.Ostrovski demişkən, o, insana cəmi bir dəfə verilir.Ona görə də həyatı elə başa vurmaq lazımdır ki, sonradan mənasız yaşadığın illər səni yandırmasın, rəzil, məzmunsuz həyat sürdüyün üçün qəlbinağrımasın.Bütün bunları nəzərə alaraq, Vüsalə dəömrünüyaradıcılıqla dolğunetməyə, bütün qüvvəsini dünyada ən gözəl şeylərə sərf etmək istəyir.Yoldaşlarına xoş münasibət bəsləyən, hərkəslə tez ünsiyyət tapan bu gənc qız həyatdaözünü təsdiq etməyə çalışır.
    Hər bir insanın taleyi onun tərcümeyi-halıdır.Bu nə qədər düzgündür deyə bilmərik, amma insanın davranışı, mənəvi aləmi, həyat hadisələrinə fərdi münasibəti, şəxsi baxışlar – onun əsas keyfiyyətlərini müəyyənləşdirən cəhətlərdir.Ona görə də hər hansı bir insan haqqında danışarkən onun fərdi xüsusiyyətləri daha çox önəçəkilir.Çünki yalnız fərdi xüsusiyyətlərlə bir insanı digərindən seçə və qiymətləndirə bilərsən. Elə qəhrəmanımızın da fərdi xüsusiyyətləri onu tanımağımıza və qiymətləndirməyimizə imkan verdi. Vüsaləçox mehriban, ünsiyyətcil və səmimidir.Əsl insana xas olan gözəl,nəcib sifətlərdən biri dəsadəlik və təvazökarlıqdır. Sadə və təvazökar adamları hamı sevir vəonlara hörmət edir. Belə adamlar özlərini başqalarından üstün tutmur, nailiyyətləri ilə, göstərdikləri xidmətlərləöyünmürlər. Əksinə, müvəffəqiyyətləri artdıqca onlar özlərini daha sadə aparır, qazandıqlarını az bilirvə daha çox uğurəldə etməyəçalışır, hamı ilə mehriban və səmimi rəftar edib, daha çox gülərüz olurlar. Onlar heç kimin xətrinə dəymir, ən kobud adamlarla belə dil tapa bilirlər.Vüsalə də belələrindəndir. Xoşbəxt o adamdır ki, hələ gənc yaşlarından özünə düzgün həyat yolu seçə bilir,xoşarzu və ideyalara malik olub ömrünü məqsədə uyğun şəkildə bu arzu və ideyaların həyata keçirilməsinə sərf edir. Bəli, bizim qəhrəmanımızın “gənclik” adlanan ömür payına muğamlarımızı ifa etmək yazılıb.
    Xanəndənin ustalığı onun xüsusi musiqi qabiliyyətinin, musiqinin ideya və emosional təsirini göstərə bilməsi üçün mövcud imkanlarından məharətlə istifadə etmək bacarığını nəzərdə tutur. Musiqi ustalığını təkcə sənətin texnikasına yiyələnməklə məhdudlaşdırmaq olmaz. Hər hansı ifasında xüsusi hərarət vəürək çırpıntısı duyulan istedadlı gənc xanəndə V.Məmmdova da istəyir ki, sevib-seçdiyi sənətinə mükəmməl yiyələnsin, məşhur ifaçı olsun.
    İnsan gözünü dünyaya açıb ətrafı dərk edəndən ta ömrünün sonuna kimi arzularla yaşayır, arzularına çata bilsə də, çata bilməsə də. İnsanın ürəyində arzu deyilən duyğunun yeri əbədidir, insan qəlbi həmişə arzu ilə doludur. Hələ bu dünyada arzuları bitən bir kəs yoxdur. Zaman keçdikcə, insan yaşa dolduqca, onların sayı daha da artır, yeniləri əvəz olunur. Şair çox gözəl deyib:

    Bizi yaşadan xoş arzulardır,
    Ruhdan da salan boş arzulardır.

    Qoy həyatın əvəzsiz istedadın qədər dəyərli, gələcəyin daha işıqlı və nurlu olsun, Vüsalə! İnanırıq ki, sən Azərbaycanımızın musiqi tarixində möhtəşəm imza sahibi olacaqsan!
    Mədəniyyətimizəvə incəsənətimizəhər zaman istedadlı insanlar gərəkdir. Onları zaman yetişdirir. Yaşüstünə yaş gəldikcə bu istedad, bacarıq özünü göstərir. Hər bir istedadın arxasında ulu Yaradan dayanır. Vüsaləni də Allah özü qorusun və ona yorulmaz bir ürək, mənalı bir həyat bəxş etsin!
    Onu da qeyd edək ki, inam və etibar hissləri insanların məqsədəçatmalarına kömək edir, bu yolda çətinliklərin aradan qaldırılmasına, öz qüvvəsi və bacarığı ilə məqsədinəçatacağına zəmanət verir. Vüsalə də qüvvə və bacarığına inanır. Məhz bu inamı onun istedad və qabiliyyətiniüzəçıxarır.
    Yer üzərində elə bir müəllim tapılmaz ki, yetirmələrinin zirvələrə ucalmasını, getdikcə yüksəlməsini görmək, yaxşı sorağını dünyanın hər yerindən eşitmək istəməsin. Bütün müəllimlər öyrətməklə bərabər, həm dəövlad hesab etdikləri yetirmələrinin parlaq gələcəyi, işıqlı sabahı olmasını arzulayır, onun hər kiçik uğuruna belə sevinir, ürəyi dağa dönür. Çünki müəllimin zəhməti böyükdür. V.Məmmədova da müəllimlərinin sevimlisidir. Hazırda ona istedadlı xanəndə Mustafa Mustafayev muğamın sirrlərini, incəliklərini həvəsləöyrədir.
    İlk müəllimi tanınmışxanəndə Firudin Ağayev yetirməsi haqqında deyir: “Musiqi elə bir dəryadır ki, o dəryaya hər adam girə bilməz. Gərək bu dəryanın dərinliklərinə varasan.Musiqimizin zənginliyi o qədər yüksək, duyumu o qədər mükəmməldir ki, gərək bu mükəmməlliyi dərindən qavraya biləsən.Vüsalənin dərs davamiyyəti çox yüksək olub.Xanəndəlikdə lazım olan keyfiyyətlər Vüsalədə daha güclüdür.Ritmi, musiqi duyumu, götürmə qabiliyyəti yaxşıdır.Yetirmələrimdəən çox qiymətləndirdiyim şey dərsə məsuliyyətli, tələbkar olmalarıdır.Vüsalə də mənim ən məsuliyyətli yetirməmdir.İnanıram ki, onun səsi daha uca zirvələrdən gələcək. Vüsalə səhnədə oxuyarkən, zalda əyləşib, səsinə qulaq asanda qürur hissi keçirərək deyirəm: Mənim zəhmətim hədər getməyib. Bir daha inanıram ki, Vüsaləçox zirvələri fəth edib muğam aləmindəöz yerini tutacaq.Ona yalnız və yalnız uğurlar arzulayıram!”
    Bəli, V.Məmmədova gözəl, ürəyəyatan, qeyri-adi ifaları ilə hər kəsin qəlbini ovsunlaya bilir. Bir çox tədbirlərdə uğurlu çıxışları tamaşaçılarının böyük alqışına səbəb olur. Oxuduğu muğamlarda təkcəbacarıq, sənətin texnikasına yiyələnmək deyil, həm də xüsusi hərarət vəürək çırpıntısı duyulur.O, hər gününün, hər saatının, hər dəqiqiəsinin səmərəli keçməsinəçalışır. Bütün qüvvə və bacarığı sayəsində qarşısına qoyduğu məqsədlərəçatmağa cəhd göstərir və bu da uğurla nəticələnir.
    Vüsalənin ifasını dinləyənlər sırasında tanınmış müğam ustaları Arif Babayev,Mənsum İbrahimov, Təyyar Bayramov, Gülyaz və Gülyanaq bacıları və başqaları da vardır və onlar bu gənc qızın səsini bəyənmiş və ona uğurlar arzulamışlar.
    Bir çox əlamətdar günlərdə, tədbirlərdə, hərbi hissələrdəçıxış edən, fəxri fərmanlara layiq görülən və gözəl, ürəyə yatan ifaları ilə hər kəsin qəlbini ovsunlaya bilən Vüsalə inanırıq ki, gələcəkdəsəsinin gücü ilətanınmış xanəndələrimizdən olacaq, ən yüksək mükaftalara layiq görüləcək, adı məşhur muğam ustaları ilə bir sırada çəkiləcək, böyük tamaşaçı auditoriyasının sevimlisinəçevriləcəkdir. Məqsədi muğamlarımızı, xalq mahnılarımızı yaşatmaq və sevdirməkdir. Məqsədə doğru irəli, Vüsalə!

    Gülnarə İsmayılzadə

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ