Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda evdən gedən qızlar haradan tapılır? - AÇIQLAMA

Azərbaycanda evdən gedən qızlar haradan tapılır? - AÇIQLAMA “Qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir”.
Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri yoxlanılır, heç bir iddia kənarda qalmır:
“Qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir. Bu halların böyük əksəriyyətində valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə halları var. Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır.
Valideynlər diqqətli olmalıdır, “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib arxayınlaşmaq olmaz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir - təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ