Sizin reklam burada
Sizin reklam burada

Səttar Möhbalıyev: “Azərbaycan Konstitusiyası dünyanın ən mükəmməl ali qanunlarından hesab olunur”

Səttar Möhbalıyev: “Azərbaycan Konstitusiyası dünyanın ən mükəmməl ali qanunlarından hesab olunur” “12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə bütün xalqımızı öz adımdan, həmçinin rəhbərlik etdiyim həmkarlar ittifaqlarının çoxsaylı üzvləri adından səmimi qəlbdən təbrik edirəm. 12 Noyabr Azərbaycanın həyatında əlamətdarvə tarixi bir gündür. Suveren və müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində dərin siyasi böhrandan çıxaraq dövlət quruculuğu sahəsində intibah mərhələsinə qədəm qoyması milli ruhda konstitusiyanın hazırlanmasını zəruri edirdi. Bilavasitə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də xalqın iradəsi əsasında müstəqil Azərbaycanın ilkKonstitusiyası qəbul edildi. Bu, demokratik və hüquqi dövlət quruculuğu yolunda mühüm bir addım və böyük nailiyyət idi. Hər bir dövlətin mahiyyəti, xarakteri, xüsusiyyəti onun Konstitusiyasında əksini tapır. Azərbaycanın Konstitusiyası demokratiyanın təməl prinsiplərinə əsaslanaraq insan hüquq və azadlıqlarının üstünlüyünü, siyasi plüralizmi, hakimiyyət bölgüsünü təsbit etməklə müasir dünyanın ən mükəmməl ali qanunlarından biri hesab olunur”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
AHİK sədri bildirib ki, Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilib: “Belə ki, 158 maddədən 48-də insan hüquq və azadlıqlarından bəhs olunur və dövlətin ali məqsədi kimi təsdiqlənir. Bu da Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyevin demokratik dəyərlərə verdiyi ali münasibəti göstərir. İnsanın sahib ola biləcəyi bütün hüquqlar, o cümlədən əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, vicdan azadlığı, fikir və söz azadlığı, dövlətin idarə olunmasında iştirak etmək və başqa hüquqlar Konstitusiyamızda əksini tapıb və hər bir maddə vətəndaşların mənafeyinə xidmət edir”.
“Konstitusiyadaxalqın siyasi hakimiyyətinyeganə mənbəyi kimi göstərilməsi, dövlətimizin demokratik, hüquqi və dünyəvi xarakter daşıması, hakimiyyət bölgüsü prinsipinin tətbiqi onun demokratik təbiətini əks etdirir. Buna uyğun olaraq ölkəmizdə qısa müddətdə dövlət idarəetmə sistemiformalaşdı, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyətitəmin edildi, məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğunlaşdırıldı.Ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində dövlət quruculuğu prosesi uğurla tamamlandı, insan hüquqlarıtəmin edildi, qanunun aliliyi bərqərar oldu, yeni mütərəqqi qanunlar hazırlandı.Bütün bunların həyata keçirilməsində Konstitusiyamız hüquqi baza rolunu oynadı. Həmçinin əfvetmə institutunun bərpa edilməsi, ölüm hökmünün ləğvi, mətbuat üzərindən senzuranın götürülməsi bu istiqamətdə görülən işlərin davamıdır”, - deyən Milli Məclisin deputatı Səttar Möhbalıyev fikrini belə tamamlayıb:
“Böyük fəxarətlə deyə bilərik ki, ötən il Şərqi Zəngəzurun və Qarabağın Ermənistanın işğalından azad olunması ilə həmin ərazilərdə də Konstitusiyanın hüquqi qüvvəsi tam təmin edildi, pozulmuş ərazi bütövlüyümüz bərpa olundu. Bu, böyük qələbə və tarixi nailliyyətdir. Bir daha bayramınız mübarək olsun”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ