Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda naməlum 32 şəhidlə bağlı araşdırmalar başladı

Azərbaycanda naməlum 32 şəhidlə bağlı araşdırmalar başladı Bu gün sosial şəbəkədə Bakı şəhərindəki Şəhidlər Xiyabanında bəzi məzarların baş daşlarının sındırılması və onların üzərində şəkillərin olmaması ilə bağlı məlumat yayılıb.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən məsələ ilə bağlı verilən məlumata görə Respublika Hərbi Prokurorluğunun təqdimatı və Bakı Hərbi Məhkəməsinin 2021-ci il iyunun n3-dəki qərarı əsasında birinci Şəhidlər Xiyabanında dəfn edilmiş 23 və İkinci Xiyabanda isə 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya) aparılıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.
Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə meyitlərin kimliyinin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər keçirilir.
Sosial şəbəkədə haqqında söhbət gedən məzarlar da həmin məzarlardır. Burada dəfn edilənlərin kimliyi müəyyən edildikdən sonra isə həmin məzarlar şəhidlərin şəkli və onlar barədə məlumatlarla birlikdə yenidən düzəldiləcəkdir.
Məzarlarla bağlı məlumatı bilərəkdən düzgün göstərməmək, insanlarda çaşqınlıq yaratmaq və bundan öz siyasi məqsədləri üçün istifadə etmək yolverilməzdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ