Sizin reklam burada
Sizin reklam burada

Amnistiya aktına düşən, lakin azadlığa buraxılmayan bəzi məhkumlarla bağlı məsələyə aydınlıq gətirilib

Amnistiya aktına düşən, lakin azadlığa buraxılmayan bəzi məhkumlarla bağlı məsələyə aydınlıq gətirilib Amnistiya aktının şamil olunduğu şəxslərin sənədləri ilkin olaraq araşdırılır və şəxsi işlər öyrəniləndən sonra qərar verilir.
Bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, elə məhkumlar var ki, amnistiyaya düşsə də bəzi başqa məqamlar ortaya çıxır:
“Məsələn elə maddələr var ki, həmin maddə üzrə məhkum olunanlar barədə məhkəmələr tərəfindən müəyyən məlumatlar toplanmalıdır. Bu və digər bənzər maddələr üzrə məhkum olunmalarla bağlı araşdırma aparılmalıdır. Dünən 20-yə yaxın şəxsin işi Probasiya xidməti tərəfindən prokurorluğa təqdim edilib. Araşdırıldıqdan sonra yekun qərar veriləcək”.
Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib. Aktın 17 min məhkuma şamil edilməsi gözlənilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ