Sizin reklam burada
Sizin reklam burada

Akif Təvəkküloğlu: -"Çiynimizə aldığımız vəzifənin yükünü şərəflə daşıyacağımıza inaniram!"

Akif Təvəkküloğlu: -"Çiynimizə aldığımız vəzifənin yükünü şərəflə daşıyacağımıza inaniram!" Xəbər verildiyi kimi, tanınmış media təmsilçisi, Əməkdar Jurnalist Akif Təvəkküloğlu artıq bir neçə gündür ki, yeni məsul vəzifəyə, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinə müdir təyin olunub. Ötən gün dəyərli həmkarımızı ziyarət etdik və söhbət əsnasında maraq doğuran suallara cavab aldıq. Söhbətdən hazırladığımız kiçik müsahibəni nöqtəsinə, vergülünə toxunmadan qələmə alıb dəyərli oxuculara təqdim edirik.
-Akif müəllim, yeni vəzifəyə təyin olunmanız münasibətilə sizi saytımızın-redaksiyamızın yaradıcı kollektivi adından ürəkdən təbrik edir, fəaliyyətinizdə yüksək hədəflər, yeni-yeni uğurlar arzulayırıq.
-Səmimi təbrik və xoş sözlər üçün çox sağ olun.
-Düşünüruk ki, artıq kollektivlə tanış olmusuz və ümumi atmosfer ilk anlardan sizə necə təsir bağışlayıb?
-Bəli, artıq kollektivlə tanış olmuşam və bu tanışlıq mənə çox gözəl təsir bağışlayıb. Əksəriyyəti bacarıqlı, savadlı, bilikli işçilərdir. İşə basladığım qısa müddət olsa da, artıq respublikada çox böyük bir qurum olan Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının sözugedən şöbəsində hər bir işin müasir tələblərə cavab verən səviyyədə qurulması üçün təbii ki, kollektivlə birgə çalışırıq. Konfederasiyanın rəhbərliyi bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Verdiyimiz təkliflərə, görmək istədiyimiz işlərə və əldə etmək istədiyimiz yeniliklərə çox müsbət cavab alırıq. Bu bizim işimizin daha da irəli getməsinə şərait yaradılması deməkdir. Buna əlbəttə, sevinirik. Siz özünüz də bir mətbuat işçisi kimi bilirsiz ki, əgər mətbuata diqqət-qayğı daha böyük olarsa, orada da işlər də yüksək səviyyədə öz həllini tapar.
-Uzun müddətdir ki, jurnalistika sahəsində fəaliyyət göstərirsiz, mətbuatla işləyirsiz və işlədiyiniz məkanda bütün mətbuat işçiləri ilə münasibətinizi daim sıx bağlamağa çalışmış və hətta bu munasibəti dostluq müstəvisinə yüksəltmisiz. Ənənənizə yeni işinizdə də sadiq qalacağınıza şübhə etmirik.
-Bunu hər halda jurnalist həmkarlarımız deyə bilər. Amma mənə belə gəlir ki, istədiyimizə müəyyən qədər, lazımı səviyyədə münasibətlərdə nail olmuşuq və mən ötən müsahibələrimdə də demişəm ki, hər bir kəs öz işi, biliyi, bacarığı ilə dövlətə dövlətçiliyə xidmət etməlidir. Hər qarış torpağımız bizim üçün səngər, biz isə onun əsgəri olmalıyıq. Biz dövlətimizi, dövlətçiliyimizi qorumaq, xalqımızın qayğısına qalmaq üçün bütün imkanlarımlzı səfərbər etməliyik.
-Akif muəllim, yeni kadr yeni nəfəs deməkdi. Fəaliyyətiniz boyunca kollektivin siz tərəfdən atılacaq yeni addımlarla, yeniliklərlə üzləşəcəyini istisna etmirik.
-Bilirsiniz, əgər yenilik olmasa, zamanın, dövrün tələbinə uyğun iş qurulmasa, orada hər hansı inkişafdan söhbət gedə bilməz. Ona görə biz də çalışırıq ki, Konfederasiyanın bu sahəsində üzərimizə düşən vəzifələrin hamısını layiqincə yerinə yetirək. Bu, xalqa, dövlətə, dövlətçiliyə xidmətdir və ayrı- ayrılıqda götürəndə, insanlara və insanların hər birinə xidmət deməkdir. Xüsusən, dövlət başçımızın ənənəvi çıxışları zamanı dəfələrlə söylədiyi kimi və onun söylədiklərindən dərs götürərək demək istəyirəm ki, bizim hər birimiz xalqın xidmətçiləriyik. Xidməti borcumuzu isə layiqincə yerinə yetirməliyik. Bu mənada AHİK-in mətbuat sahəsində yeniliklərin olması bizdən zamanın tələbidir, təbii ki, bu olacaq. Burda həm texniki baxımdan, həm işçilərin bilik və bacarığı baxımından, həm də işə münasibət baxımından mövcud olan nə varsa, hər tərəfli ölçülüb-biçilib dövrün tələbinə uyğun həyata keçirilməlidir. Mən əməkdaşlarla artıq tanışam. Onların böyük əksəriyyətinin bilik və bacarığı, qabiliyyəti, artıq mənim üçün bəllidir. Ona görə də onlarla əl-ələ verib bu yeniliklərə birlikdə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, hər bir vəzifədə rəhbərin hədəfləri kollektivin gücündən asılıdır. Bir qədər əvvəl dediyim kimi, bu kollektivdə bacarıqlı, işgüzar, öz işinin öhdəsindən gəlməyi bacaran və buna səy göstərən, çalışan əməkdaşlar var. Onlarla əl ələ verib işimizi müasir tələblər səviyyəsində quracağıq. AHİK-in bütün tədbirlərinin, göndərişlərinin işıqlandırılması, ictimaiyyətə çatdırılması, mətbuata açıqlanması işində əlimizdən gələni əsirgəməyəcəyik və bunun üçün əməkdaşların qabiliyyəti yetərincədir.
-Suala təkrar qayıtmaq kimi çıxmasın, mütəxəss baxımından hansısa yeniliklər etmək fikriniz varmı?
-Yeniliklər bütün sahələrdə lazımdır, lakin bar verən ağacı kəsib yerində pöhrə əkməyə ehtiyac yoxdur. Bar verən ağacın yaxınlığında və ətrafında pöhrələri əkmək lazımdır ki, o bar verən ağacın barından bəhrəsindən istifadə edə bilsin və o pöhrələr yetişsin, böyüsün, inkişaf etsin, nəhayət, bir gün onlar da bar versinlər. Təbiətdə də belədir; təbii tozlanma prosesi gedir, bütün bağlarda ağaclar bir-birinə söykənir, bir-brindən qidalanır, bir-biri ilə tozlanır. Hər halda yaxşı mütəxəssislər, yaxşı işçilər, iş qabiliyyəti olan adamlar öz yerindədirsə, işləyəcəklər. Sadəcə onlara şərait yaradılmalıdır ki, öz bilik və bacarıqlarını ortalığa qoya bilsinlər. Bizim etmək istədiyimiz yeniliklərə rəhbərlik tərəfdən yüksək səviyyədə qiymət verilir, dəyərləndirilir və bu istiqamətdə işləməyimiz üçün bütün şərait yaradılır. Biz yükün altına girirk və inanıram ki, o yükü çiynimizdə şərəflə daşıya biləcəiyik. Bunu mütəxəssislərin, işçilərin bacarığı qabiliyyəti mənə deməyə əsas verir.
-Sizə yeni vəzifənizin icrasında və həyata keçirəcəyiniz yeni işlərdə uğurlar diləyirik.
-Sag olun!
Akif Təvəkküloğlu: -"Çiynimizə aldığımız vəzifənin yükünü şərəflə daşıyacağımıza inaniram!"


Bəradər SƏMƏNDƏRLİ
"Atributinfo.az"

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ