Sizin reklam burada
Sizin reklam burada

XATİRƏYƏ DÖNƏN ÖMÜR

XATİRƏYƏ DÖNƏN ÖMÜR Aydan, ildən an damır,
Damır, nə yaman damır,
Mənim qan yaddaşımdan
Ruh biçimli can damır!...

Tale xalqımızıçox sınaqlara çəkib. Bu gün torpaqlarımız mənfur düşmənin çirkin caynaqlarından azad olunub. İndi torpaq uğrunda canlarını qurban vermiş yüzlərlə, minlərlə igidimiz, ərənimiz var. Belə oğullardan biri də tankçı Elnur Təvəkgül oğlu Abdullayevdir.
Dünyaya adi bir oğlan kimi gəlmişdi Elnur. Adi bir insan kimi yaşadı. Adi bir vətəndaş idi. Ancaq döyüşlər təsdiq etdi ki, onun qanında, canında adilik yox, qeyri-adilik var idi. O, dostlarından, yoldaşlarından, həmyaşıdlarından igidliyi ilə, qətiyyəti ilə seçildi. İgid kimi yaşadı, igid kimi döyüşdü, igid kimi dəöldü... İndi də igid kimi xatırlanır...
O, 1983-cü il iyulun 10-da Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlıdan, Qaçaq Nəbinin kəndi olan Mollu kəndindəndir. 13 il müddətdən artıq hərbi xidmətdə olub. Hər kəsin hörmətini qazanıb. Tank idarəetmənin bütün incəliklərini mükəmməl bilib. Döyüşlərə Füzulidən başlayıb. Cəbrayılda hücuma keçən zaman onun tankı və digər tank heyətləri vurulmuş, o sağ qalaraq təkbaşına yaralı döyüş yoldaşlarını kolluqlarda gizlətmiş və sonra hamısını hərbi hissəyəçatdırmışdır. Ağır, şiddətli döyüşlərin getməsinə baxmayaraq öz tankını və başqa tankları da iki gündən sonra döyüş mövqeyindən çıxara bilmişdir.Gecə vaxtıəlavə altıədəd düşmən tankını Azərbaycan Ordusuna təhvil vermişdir. Cəbrayıldan sonra Xocavənd istiqamətdə döyüşllərdə iştirak etmiş, burada da igidcəsinə vuruşmuş, bir neçə düşmən tankını və istehkamlarını dağıtmış və2020-ci il oktyabrın 27-dəşəhidlik zirvəsinə ucalmışdır.Oktyabrın 30-da Sumqayıtda Şəhidlər xiyabanında torpağa tapşırılmışdır. XATİRƏYƏ DÖNƏN ÖMÜRXATİRƏYƏ DÖNƏN ÖMÜR
Ölkə başçısının sərəncamları iləölümündən sonra "Cəsur döyüşçü”, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olnmuşdur.
Dövlətimiz bütün şəhid ailələrinə olduğu kimi, Elnurun ailəsindən də qayğısınıəskik etmir. Səlahiyyətli qurumların nümayəndələri ailəüzvləri ilə tez-tez maraqlanırlar. Ailəİkiotaqlı mənzillə təmin olunub.
Bu gün Elnur bizim aramızda yoxdur, onun ruhu, qəlbimizdə,zehnimizdə yaşayır.
“İnsan var yaşayır ölmək üçün, insan var ölür yaşamaq üçün!” Sakit təbiətli, mehriban xasiyyətli, alicanlı, böyük-kiçik yeri bilən Elnuru yaşadan onun vətənpərvərliyi, düşmən qarşısında sinəsini dayaq verməyi idi. Onun bir amalı var idi: “Təki Vətən yaşasın!” Bu vətənpərvər oğulun şəhidliyi, dünyadan getməyi söz yox ki, qəlbimizi ağrıdır. İki qız övladı atasının şücaəti ilə qürur duyur, “Qarabağ Azərbaycandır! Qələbə bizimdir!”, -deyir.
Əziz Elnur qardaşımız! Rahat uyu, qəbrin nurla dolsun, xalqımız səni heç zaman unutmayacaq! Sən şəhidliyin zirvəsinə ucaldın! Çünki bu yolu özün seçdin! Allah min rəhmət etsin!

İlhamə Məhəmmədqızı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ