Sizin reklam burada
Sizin reklam burada

Millət vəkili Lerikin yol problemini qaldıraraq aidiyyatı təşkilatlara səsləndi

Millət vəkili Lerikin yol problemini qaldıraraq aidiyyatı təşkilatlara səsləndi"Bildiyiniz kimi təmsil etdiyim Lerik rayonu ölkəmizin dağlıq relyefə malik rayonlardan biridir. İqlim şəraitinin fəsillərə uyğun olaraq dəyişməsi, xüsusən dağlıq və dağətəyi zonalarda yağıntıların nisbətən daha çox olması ilə əlaqədar olaraq rayonumuzda yerləşən dağ çaylarının daşması nəticəsində yol uçqunları və bir sıra təbii fəlakətlər meydana gətirərək, yaşayış məntəqələrinə ciddi təhlükə yaradır. Bütün bunları nəzərə alaraq qabaqlayıcı tədbirlərin görülməsi, təhlükə mənbəyi olan dağ çaylarına sahilmühafizə bəndlərin və bə körpülərin tikilməsi ilə bağlı tərəfimizdən dəfələrlə aidiyyəti qurumlara müraciətlər ünvanlanmış, əfsuslar olsun ki, bu günə qədər müsbət addım atılmamışdır".
Bu sözləri Milli Məclisin oktyabrın 15-də keçirilən payız sessiyasının plenar iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili iqbal Məmmədov çıxışı zamanı söylədi.
Millət vəkili təəssüf hissi ilə qeyd etdi ki, oktyabr ayının əvvəllərindən başlanan yağışların intensivliyi nəticəsində rayonumuzda dağ çaylarının əmələ gətirdiyi sel təbii fəlakət nəticəsində əhali tərəfindən kustar yolla tikilmiş bir neçə körpü dağılmışdır və körpünün olmaması nəticəsində kəndlərdə məktəblilər məktəbə gedə bilməmiş, sakinlərimizin evlərinə və təsərrüfatlarına külli miqdarda ziyan dəymişdir. Bir neçə yaşayış məntəqəsi rayon mərkəzi ilə əlaqəsi kəsilmiş vəziyyətə düşmüşdür.
Bəzi təbii fəlakətlər vardır ki, xəbərdarlıqsız gəlir. Ancaq rayonumuzda baş vermiş təbii fəlakət hər il mütəmadi olaraq yaz və payız aylarında gözləniləndir. Niyə axı biz oturub bu fəlakətin nə zaman baş verəcəyini gözləməliyik və ya baş verdikdən sonra dəymiş ziyana baxıb təəsüflənməliyik, istənilən hadisənin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, o hadisə baş verdikdən sonra dəymiş ziyan aradan qaldırılmasından daha asan, daha ucuz başa gəlir.
İqbal Məmmədov çıxışı zamanı onu da əlavə etdi ki, Lerik rayonunda 2200 km kənd daxili avtomobil yolları vardır. Onlarında 12 km-lik hissəsinə asvalt örtüyü çəkilib. Təəssüf hissi ilə qeyd edirəm ki, bu da normal istifadə edilən yolumuzun heç 5%-i deyil.
Yol hər bir ərazinin inkişafı və mədəniyyətinin güzgüsüdür. Lerik rayonunda yolların bərbad halda olması və körpülərin olmaması ölkəmizin qət etdiyi inkişaf yoluna yaraşmayacaq səviyyədədir.
Bizim iş prinsipimiz xalqımızın, seçicilərimizin inam və etimadını itirməmək, onların bizə olan ümidlərini doğrultmaqdır. Lakin vətəndaşlarımızı narahat edən bu tip problemlərin zamanında həll olunmaması bizə olan etimadın zədələnməsi ilə nəticələnir.
Aidiyyəti təşkilatlara səslənib, taleyönümlü məsələlərdə biraz daha həssas olmaqlarını və qetd etdiyim məsələləri nəzarətdə saxlamaqlarını xahiş edirəm.

"Atributinfo.az"

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ