Sizin reklam burada
Sizin reklam burada

28 May və 18 Oktyabr hər il bayram kimi qeyd ediləcək

28 May və 18 Oktyabr hər il bayram kimi qeyd ediləcək Azərbaycanda 28 May - "Müstəqillik Günü" və 18 Oktyabr - "Müstəqilliyin Bərpası Günü" adlandırılaraq hər il bayram kimi qeyd ediləcək.
Bu barədə “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunacaq.
Qeyd edək ki, hazırda 28 May - Respublika Günü kimi qeyd olunur və qeyri-iş günüdür. 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra hər iki gün qeyri-iş günü hesab olunacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ