Sizin reklam burada
Sizin reklam burada

«Zəngəzur toponimləri» - İstedadlı qələm sahibi Musa Urud nəsillərə maraqlı töhfə bəxş etdi

«Zəngəzur  toponimləri» - İstedadlı qələm sahibi Musa Urud nəsillərə maraqlı töhfə bəxş etdi (I yazı)

Tarix (bütünlükdə) bir həqiqətlə əks edir; mifik-tarixi gerçəklər əsl reallığın formal səciyyəsidir. Zaman bütün həqiqətləri bir xarakterdə ehtiva etsə də, dövr, mühit ayrı-ayrı səmtlər tapır və doğru olan (bəzən) yanlış kimi yozulur. Lakin düşüncə sahibləri zaman boşluğunda burulğanlara düşən gerçəkləri itməyə qoymur, onları nəsildən-nəslə ötürür, bununla yeni bir ideoloji işin əsasını qoyurlar. Heç şübhəsiz, tanınmış şair, politoloq, görkəmli ictimai xadim, millət vəkili (Quliyev Musa İsa oğlu) Musa Urud da balanslaşmış orbitlərdə fərqli atmosfer tapmaq üçün zamana, real faktlara söykənərək «Zəngəzur toponimləri» adlı nəfis, leqal əhatəli kitab yazıb, yer-yurd adlarını kodlaşdırıb, nəsillərə maraqlı töhfə bəxş edib. 2013-cü ildə «Nurlar» Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunmuş bu kitabda ən başlıca komponent (ehtimal şəklində də olsa) gerçəyə tapınmaqdır; müəllif mifik deyil, real tarixə ekskurs edib, Zəngəzuru əhatə edən yer-yurd adlarını toponimik vahidlərə uyğunlaşdırıb.
Əslində, araşdırmaçılıq da tədqiqat işidir. Bunu bir ehtimal sanmayaq, çünki zamanın - tarixin ictimai-ədəbi situasiyaları (geniş anlamda) bir yaradıcılıqdır və bu rakurs öz miqyaslarını əhatəli baxış bucaqları vasitəsilə xarakterizə edir. Doğrudan da, araşdırmaçılıq təkcə ictimai xarakteri ilə deyil, həm də tarixi zərurəti ilə ehtiva olunur. İstedadlı qələm sahibi Musa Urudun tarixi faktlara, ümumiyyətlə, araşdırma işinə münasibətindəki qabarıq aspektləri də bu zərurətin leqal səciyyəsi kimi mənalandırmaq olar. «Zəngəzur  toponimləri» - İstedadlı qələm sahibi Musa Urud nəsillərə maraqlı töhfə bəxş etdi
Bəri başdan deyək ki, «Zəngəzur toponimləri» duyğusal tərənnümlə başlayan, pünhan məcralarda təlatümə uğrayan və sonra da bir anın içində daşlaşan gerçəklərə güzgü tutur. Burada zəruri-effektiv və ictimai məna ürəkyaxıcıdır, müəllif kitab boyu tarixi zərurətlərə (öz şəxsi fonunda) bir təsnifat verir, əsas da səmimi-konkret fikirlərin (yer-yurd adlarının) kompozisiya və ictimai-tarixi məğzini maraqlı statuslar kimi təqdim edir. Burada ətraflı izahı verilən mənbələr eramızın əvvəllərindən bugünə qədərki hadisə və prosesləri (əlifba sırası ilə) real, bir qədər etimoloji əsaslarla cilalayır, kitabı oxuduqca bəlli olur ki, Zəngəzurun türk mənşəli toponimləri adıçəkilən mahalın yer-yurd xarakteri ilə tam mənada səsləşir. Müəllif 838 toponimi xalq etimoloji məlumat bazası və tarixi faktlarla dürüst mənaya sığışdırır, böyük bir mahal haqqında bəşəriyyətə (sanki) vacib mesajlar verir.
Kitabı Zəngəzurla bağlı ensiklopedik məlumat bazası da hesab etmək mümkündür.
Əsl zahirdə həqiqət bütün gerçəklərin ictimai zərurətidir. Belə deyək, sözlərin şifrələnmiş şəkli də bu həqiqətə əsasən mifik-real təsəvvür verir və fikirlər özü də öz kod açılışlarında zahiri əlamətlər təcəssüm etdirir. Deməli, dil ünsürləri bir çevrə daxilində (və xaricində) tarixi həqiqətlərə çıxışdır. Bu mənada, müəllif «Zəngəzur toponimləri» kitabında toponimik resursları mifik-kosmoloji proyeksiya ilə açmağa çalışıb və yaddaşdan itmək üzrə olan reallıqları balanslaşdırıb, bunun üçün (bəlkə də) bir ömür sərf edib.
Əlbəttə, adıçəkilən mahal erməni əsarətində olduğu üçün zaman-zaman mənfur tiplər bölgənin yer-yurd adlarını tamamilə dəyişib, tariximizi çətin aşınma qarşısında qoyublar. Məhz bu mənada, Azərbaycan oxucusuna «Zəngəzur toponimləri» kimi müfəssəl bir kitab ərməğan edən Musa müəllimə xüsusi alqış və təşəkkür düşür.
Açığı, kitabdakı zərrəvi zəmin bizə Zəngəzur adının mifik çalarları, coğrafi komponentləri və uzunluq-en vahidləri barədə doğru-dürüst düşünmək cəsarəti verir. Bəlli olur ki, «Zəngəzur» çoxxassəli söz kimi (+); (T) quruluşdadır. Sözün müxtəlif hərf-səs qarşılığında eyni məntiqə sirayət etməsi bu amilə istinad edir. Yəni, real tərz budur ki, Zəngəzur mahalının ərazisi orta və alçaq dağlar üzərindədir, mürəkkəb, parçalanmış səth quruluşludur.
Sözün mifik-kosmoloji zahirində də məntiq doğru səbəblərə ünvan açır. Məsələn, «Zəng» və «zur» morfemində sur səsi, surun çıxardığı cingilti, ümumilikdə, haqqa çağırış üçün çalınan zəng səsi adıçəkilən sözün tarixi komponentlərini dürüst mənalandırır.
Qısaca olaraq deyək ki, «Zəngəzur» sözündə «Zəng - Sa(n)k» - Günəş, işıq mənası verir, «ə» hərfi qrammatik şəkilçidir, «zur» hissəciyi (dediyimiz kimi) zəng səsi, sur səsi anlamına gəlir. Sa(n)k sözü (həm) də nisbi fonetik uğramaya məruz qalaraq Sak kimi ifadə olunur ki, sözün güzgü əksi Kas - Günəş adıdır.
Bu minvalla, belə qənaətə gələk ki, istənilən sözün mifik-tarixi həqiqətində kod açılışları gerçək zəmindir. Elə «Zəngəzur toponimləri» kitabında da gerçəyətapınma vahidləri bu mənanı özündə geniş ehtiva edir. Biz bu minvalla kitabdakı bəzi həqiqətlərə güzgü tutduq; çünki (əsl mənada) tarix sözlərdə mənalanır...
«Zəngəzur toponimləri» kitabını (annotasiyada vurğulandığı kimi) adıçəkilən mahalın tarixi, toponimik tərzi ilə maraqlanmaq istəyən tədqiqatçılar üçün tutarlı mənbə hesab etmək olar.
«Zəngəzur  toponimləri» - İstedadlı qələm sahibi Musa Urud nəsillərə maraqlı töhfə bəxş etdi
Bəradər Səməndərli

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ