Sizin reklam burada
Sizin reklam burada

Açıq havada yerləşən restoranlarda COVID-19 pasportu tələb edilir? - DİN-dən AÇIQLAMA

Açıq havada yerləşən restoranlarda COVID-19 pasportu tələb edilir? - DİN-dən AÇIQLAMA Açıq havada yerləşən kafe, restoran, çay evləri və digər ictimai-iaşə obyektlərində vətəndaşlardan covid pasportu tələb olunmur.
Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O, bildirib ki, tələblər ancaq qapalı məkanlara aiddir.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, bu gündən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ