Sizin reklam burada
Sizin reklam burada

Kənd qadınlarının dəstəklənməsinə həsr olunmuş tele-körpü keçirilib

Kənd qadınlarının dəstəklənməsinə həsr olunmuş tele-körpü keçirilib Avqustun 24-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tele-körpü formatında təşkil olunmuş “Kənd qadınlarının dəstəklənməsinə yönəlmiş kompleks sosial proqram. Qazaxıstan ictimai təşkilatlarının təcrübəsi” mövzusunda mətbuat konfransına qoşulub. Qazaxıstan hökuməti, “G-Global” Beynəlxalq Katibliyi və BMT-nin müvafiq qurumlarının təşkil etdiyi tədbirdə Qazaxıstan, Qırğızıstan və Gürcüstanın parlament və hökumət nümayəndələri, müfaviq təşkilat təmsilçiləri, Cənubi Afrika Respublikasından Tembekile Mandela Fondunun baş direktoru Ndileka Mandela (Nelson Mandelanın nəvəsi) iştirak ediblər.
Tele-körpünün iştirakçılarına Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlarını çatdıran komitə sədri vurğulayıb ki, Azərbaycanda gender siyasətinin gücləndirilməsinə mühüm əhəmiyyət verilir. Milli iqtisadiyyat üzrə qəbul edilmiş Strateji Yol Xəritələrində gender bərabərliyi əsas yer tutur. Prezident İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar sayəsində qadınların işgüzar təşəbbüslərinin fəal təşviqi güclənib. Qərar vermə proseslərində kənd qadınlarının tamhüquqlu iştirakını təmin etmək üçün çox işlər görülür. Sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi qadınlarımızı “iş axtaranlar” olmaqdan “iş yerləri yaradanlara” çevirib. Məşğulluq məsələlərində mühüm rol oynayan bu amil orta və kiçik biznesin inkişafına təkan verib.
Hicran Hüseynova diqqətə çatdırıb ki, Milli Məclis qadınların və sahibkarların dəstəklənməsi üçün vaxtaşırı yeni qanunlar qəbul edir. Ölkəmizdə “ABAD” (Ailə Biznesinə Asan Dəstək), Kənd Təsərrüfatı Nazirliyi yanında “AFAQ” (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) kimi qurumlar, Qadın Resurs Mərkəzləri yaradılıb; pilot layihələri həyata keçirilir; qadınlar peşə hazırlığı kurslarına cəlb olunur; onlara biznes planlaşdırma, liderlik, kreditlərin səmərəli istifadəsi və ən son texnologiyalar haqqında təlimlər keçirilir.
Milli Məclisin komitə sədri əlilliyi olan və qaçqın qadınların rifahlarını yaxşılaşdırmaq üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihədən də söz açıb. Çıxışının yekununda bu tele-körpüdən sonra subregional əməkdaşlığın potensial gələcəyinə dair birgə təşəbbüslərin müəyyənləşəcəyinə əminlik ifadə edib.
Kənd qadınlarının dəstəklənməsinə həsr olunmuş tele-körpü keçirilib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ