Sizin reklam burada
Sizin reklam burada

Millət vəkili Razi Nurullayev: "Bütün yaxşı təşəbbüsləri və gözəl işləri müdafiə etməyə hazıram"

Millət vəkili Razi Nurullayev: "Bütün yaxşı təşəbbüsləri və gözəl işləri müdafiə etməyə hazıram"Bu gün UNEC-də oldum və rektor Ədalət Muradov ilə görüşdüm. Rektorla xeyli maraqlı söhbətimiz alındı və UNEC-lə yaxından tanış olmaq imkanım yarandı. Ədalət müəllimə məni Universitetlə əyani tanış etdiyinə görə təşəkkür edirəm. Qəlbimi açan çox şeylər gördüm. Tam müasir, yeni texnologiyalara əsaslanan və tətbiq olunan, xeyli laboratoriya və mərkəzlərin olduğu bir Universitetdir. Gördüklərim deməyə əsas verir ki, tələbənin oxuması və müəllimin də dərs öyrətməsi üçün bütün şərait var.
Universitetin xoşuma gələn və məndə xoş abi-hava yaradan beş cəhətini qeyd etmək istəyirəm.
Birincisi UNEC brendinin qəbul edilməsi və köhnə "narxoz" təfəkkürünün silinməsi; bu ən böyük uğurdur.
İkincisi, tam ingilis dilli fakultəsınin açılması. Bu həm də xarici tələbələrin daha çox cəlb edilməsinə şərait yaradaraq Universitetin dünya çapında UNEC-in 100 illiyində ilk 500 Universitet cərgəsinə salınması.
Üçüncüsü, Universitetdə Nobel mükafatçısı Məhəmməd Yunusun sosial sahibkarlıqla bağlı mərkəzinin açılması və alimlə münasibətin qurulması.
Dördüncüsü, distant təhsillə bağlı tam müasir bir mərkəzin qurulması və 20 min tələbəyə təhsil vermə imkanı. Açığı bu distant təhsili mərkəzinin dəyəri misilsizdir və təəssüf edirəm ki, Azərbaycanda bu işlə bağlı ciddi hüquqi əsaslar yaradılması zəif gedir. Distant təhsil üçün böyük ehtiyac var. Parlamentdə demişəm və təkrar edirəm ki, müharibə iştirakçılarını distant təhsilə cəlb edib onlara peşə vermək lazımdır ki, işlə təminatları həll edilsin. Bu mərkəzə görə UNEC-i təbrik edirəm.
Beşincisi, 7/24 elektron və ənənəvi kitabxana. Kitabxana ilə tanış oldum və çox bəyəndim.
İndi qalıb, ciddi işləmək və ölkə səviyyəsində təhsilin keyfiyyətini artırmaq. İnanıram ki, hörmətli cənab nazir Emin Amrullayev buna nail olmağın yollarını bilir və ona ümidimiz böyükdür. Bütün yaxşı təşəbbüsləri və gözəl işləri 7/24 müdafiə etməyə hazıram.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ