Sizin reklam burada
Sizin reklam burada

Deputat Razi Nurullayevin seçicilərlə görüşündən təəssüratları

Deputat Razi Nurullayevin seçicilərlə görüşündən təəssüratları28 ildir ki, məşhur arıçı Ehtiram Məmmədov Saatlının Sımada kəndində arıçılıqla məşğuldur. O fərqli bal istehsal efir - Biyan balı. Saatlının Sımada kəndinin çöllüyündə qoruduğu yüz hektarlarla biyanlıqda sırf biyan balı istehsal edir. Bu yaxınlarda televiziyalar reportaj hazırlamışdı və onda bildim ki, biyan balını yaponlar alıb aparırmış. Mən də Azərbaycanda ən çox bal yeyən adam kimi (bir dəfə 15 dəqiqə ərzində 1kq-a yaxın bal yemişdim).
İmişlidə seçicilərlə görüşdən dönəndə yolumu Ehtiram Məmmədovgildən saldım, ballı çay qonağlığı verdi. Düz dörd cür bal ilə çay içdim və düşündüm ki, bu qədər keyfiyyətli bal var, niyə bu yığılıb qalmalı, balçını da ruhdan salmalıdır? Biyan balı bir möcüzədir. O qədər pullu insanlar var ki. Kimisi özü qazanıb pis-yaxşı, kimisi də büdcəni yarmalayıb. Alın bu kişinin balını, paylayın ehtiyacı olanlara.
Ehtiram kişi anbarı da açıb göstərdi, xeyli keyfiyyətli bal yığılıb qalıb. Həm də üzüldüm ki, niyə bu qədər keyfiyyətli balımız var, niyə onu dünya bazarına çıxara bilmirik?
İnsanlarımızı halal, təmiz və qatqısız bal istehsal edən arıçılarımıza dəstək olmağa çağırıram. Ehtiram Məmmədovun balını çox sevdim. 4 cür balı var: Biyan balı, yağtikan balı, qanqal balı və may balı. Dəstək üçün hər növdən bir kq götürdüm. Milli istehsalımıza dəstək olaq.

Balçı Ehtiram Məmmədov 0502145042

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ