Sizin reklam burada
Sizin reklam burada

Elə məsələlər var ki, bu nə deputatlıqdan, nə də vəzifədən asılı deyil

Elə məsələlər var ki, bu nə deputatlıqdan, nə də vəzifədən asılı deyil İltizam Yusifov, millət vəkili

Əziz şirvanlılar,
Elə məsələlər var ki, bu nə deputatlıqdan, nə də vəzifədən asılı deyil. Bu, insanlığa, adət-ənənəyə, mənəvi dəyərlərlə və bir də istəyə bağlıdır. Bizim bir insan kimi görəcəyimiz əsas işlərdən biri də "el qəbirstanlığı" adlandırdığımız Şirvan şəhər qəbirstanlığı ilə bağlı olacaqdır.
Əvvəla Allah hər birinizə ömür versin. Xalqımıza da can sağlığı arzu edirəm. Lakin Dünya həyatında ölümü düşünməmək belə bu gerçəklərlə qarşılaşmamaq demək deyildir. Qəbirstanlığın böyüdülməsi və orada abadlıq işlərinin aparılması üçün şəhər qəbirstanlığının DRES-ə tərəf hissəsində 3-4 ha torpaq sahəsi nəzərdə tutulur. Artıq bununla bağlı işlərə başlanılıb. İlkin olaraq torpağ işləri: ərazinin kənar əşyalardan təmizlənməsi, mümkün qədər, ilkin etapda ərazinin relyefinin düzlənməsi işləri görülür.
Ümumiyyətlə bu iş çox həcmli bir işdir:
-Bu il torpaq işləri görüləçək və planlama işləri ilə ərazi düzlənəcəkdir. Sonra ərazi bərkitmə və su ötürücü kanalın çəkilməsi nəzərdə tutulur. Bununla da bu il iş tamamlanmış hesab olunacaqdır ki, payız-qış vaxtı təbii olaraq ərazidə çökmə və təbii bərkimə işləri getsin.
Növbəti illərdə:
-Əraziyə yol çəkilməsi
-Ərazinin hasarlanması
-Əraziyə ağacların əkilməsi
-Əraziyə su çəkilməsi nəzərdə tutulur.
2 gün əvvəl Şirvanda olanda əraziyə baş çəkdim və ilkin etapda, necə deyərlər hələlik görülən iş məni qane etdi.
Əməyi olan hər kəsə təşəkkür edirəm və hər birinizə möhkəm can sağlığı arzu edirəm.
Elə məsələlər var ki, bu nə deputatlıqdan, nə də vəzifədən asılı deyilElə məsələlər var ki, bu nə deputatlıqdan, nə də vəzifədən asılı deyilElə məsələlər var ki, bu nə deputatlıqdan, nə də vəzifədən asılı deyilElə məsələlər var ki, bu nə deputatlıqdan, nə də vəzifədən asılı deyil

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ