Sizin reklam burada
Sizin reklam burada

Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunurlar

Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunurlar İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Kompleks 810 mənzildən ibarətdir. Kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, qazilərə göstərilən dövlət qayğısı ilbəil artır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə xeyli fərman və sərəncamlar imzalanıb. Bu da ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri, eyni zamanda öz sağlamlığını itirmiş, yaralanmış qazilərimiz bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunurlar.
İndiyə qədər dövlətimiz tərəfindən müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülüb. 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses bugündə davam edir. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur, bu illər ərzində ümumilikdə onlara 7200 avtomobil verilib.Son bir il ərzində özünüməşğulluq proqramı çərçivəsində 5 min nəfər şəhid ailələrinin üzvləri və müharibə veteranları işlə təmin olunublar.
Göründüyü kimi, Azərbaycanda sosial sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır. Aparılan sosial siyasətin əsasında vətəndaş dayanır. Bütün bunlar bir daha təsdiq edir ki, dövlət hər zaman bu kateqoriyadan olan insanların yanındadır. Əhalinin sosial müdafiəsinin təmin edilməsi dövlətin üçün prioritetdir.
Vətən müharibəsində Azərbaycan üç minə yaxın şəhid verdi. Bizim şəhidlərimiz haqq yolunda, Vətən uğrunda həlak oldular. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. 44 günlük müharibənin nəticələri bütün dünyada Azərbaycana olan hörmət və nüfuzu əhəmiyyətli dərəcədə artırdı. Azərbaycanın həyata keçirdiyi “Dəmir yumruq” əks-hücum əməliyyatı nəticəsində düşmən ordusu məğlub edilərək dağıldı. Azərbaycan bu yumruqla erməni təcavüzkarına sarsıdıcı zərbə endirdi və Ermənistan çox sayda ölü və yaralı verərək təslim olmaq məcburiyyətində qalıb kapitulyasiya aktına imza atdı. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qısasını döyüş meydanında alındı.
Beləliklə göründüyü kimi, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizamlı və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsidir.
Hazırda ölkəmizin qarşısında dayanan əsas vəzifə Qarabağda dinc və sivil həyata təminat verən böyük quruculuq və yenidənqurma işlərini həyata keçirməkdir. Erməni barbarlığı nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqları ekoloji terrora məruz qalmışdır. Bu gün isə azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması prioritet hədəflər sırasındadır. Artıq Füzuli-Şuşa yolunun, Füzuli hava limanının tikintisinə başlanılıb, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli qoyulub. Həmçinin Laçın rayonunda Güləbird Su Elektrik Stansiyası işə salınıb, Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatının birinci mərhələsi başa çatıb. Dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib. Bunun üçün Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq.
Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.
Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunurlar

Sədaqət Həsənova
YAP Səbail rayon “Bibiheybət” ərazi ilk partiya təşkilatının sədri,
Səbail rayonu 50 nömrəli tam orta məktəbin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ