Sizin reklam burada
Sizin reklam burada

Hansı çimərliklərdə suyun keyfiyyəti normaya uyğundur? - SİYAHI

Hansı çimərliklərdə suyun keyfiyyəti normaya uyğundur? - SİYAHI Çimərlik mövsümünün başlanması ilə əlaqədar Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərlik ərazilərindəki dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, İdarənin rəisi Nazim Mahmudov bildirib ki, aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.
Onun sözlərinə görə, hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ