Sizin reklam burada
Sizin reklam burada

“17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib” - Nazir

“17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib” - Nazir “Əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və onların hamısına imtina verilib”.
Bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, əksər imtinalar əyani müayinədən sonra müəyyən edilib. Ötən illər ərzində bu istiqamətdə kifayət qədər işlər görülüb:
“Araşdırmalar aparılan dövrdə, il ərzində 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib. Əgər bu işlər ləğv edilməsəydi, təkcə cari il üçün maliyyə yükü 560 milyon manatdan çox olardı. Başqa insanların, əlilliyi olan şəxslərin haqqına girilərdi. Bu istiqamətdə sui-istifadə halları var idi və bunların qarşısı alınır”.
Nazir, həmçinin bildirib ki, sağlamlığında hər hansı problem olan şəxs səhiyyə müəssisəsinə müraciət edir. Xəstəliyi ilə bağlı elektron protokol tərtib olunur və ondan sonra ƏƏSMN-ə müraciət olunur. Əgər həmin şəxsin əlilliyi təsdiq olunmursa, bunun səbəbləri göstərilir. Hazırda müzakirə olunan məsələlərin çoxu əlillik təyinatı ilə deyil, müddətin bitməsi ilə bağlıdır. Bunu təhrif edərək əlilliyin dayandırılması kimi təqdim edirlər:
“Əlillik müddəti bitən şəxslərin sayı on minlərlədir. Həmin şəxslər müddətin bitməsinə az qalmış müvafiq müayinələrdən keçməlidirlər. Müddətli əlillik geridönməz hallara şamil edilmir. Müalicəsi olmayan xəstəliklərdə əlillik müddətsiz verilir. Reabilitasiya oluna bilən xəstəlik olduqda isə əlillik müddətli təyin edilir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ