Sizin reklam burada
Sizin reklam burada
  • Keçmiş icra başçısı və deputat dünyasını dəyişdi...

    Keçmiş icra başçısı və deputat dünyasını dəyişdi... Saatlı rayonunda Əhmədovlar ailəsinə ağır itki üz verib.
    Uzun illər rəhbər vəzifələrdə işləmiş,12 il Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmıs, 3-cü çağırış Milli Məclisin deputatı olmuş Gülhüseyn Əhmədov vəfat edib.
    Əhmədov Gülhüseyn Əliəhməd oğlu 1955-ci il iyunun 20-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. Biologiya elmləri namizədi, 15 elmi əsərin müəllifi idi.
    1977-ci ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, analitik, baş elmi işçi olmuşdur. 1989-cu ildən Abşeron Rayon Məmmədli Tərəvəzçilik-Südçülük Aqrar İstehsalat Birliyinin baş aqronomu, Abşeron Rayon Aqrar-Sənaye Kombinatının aparıcı aqronomu, 1992-ci ildən "Qaracalar" kiçik müəssisəsi direktorunun müavini vəzifələrində çalışmışdır. 1993–2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.
    2005-ci il noyabrın 6-da 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmişdi.
    Həmin dönəmdə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü, Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü idi.
    Allah rəhmət eləsin!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ