Sizin reklam burada
Sizin reklam burada
  • Səlim Müslümov 7 rayonun sakinlərini qəbul edib

    Səlim Müslümov 7 rayonun sakinlərini qəbul edib Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Zərdab rayonunda bu rayonun və Ucar, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
    Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
    müraciətlər imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil və reabilitasiya vasitələri, bərpa müalicəsi xidmətləri ilə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya və digər sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb olunma və s. məsələləri əhatə edib. Nazirliyin struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə keçən qəbul zamanı hər bir müraciətə diqqətlə yanaşılıb, onların qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılması təmin olunub. Ayrı-ayrı məsələlər araşdırılaraq nəticəsi əsasında tədbirlər görülməsi üçün nəzarətə götürülüb.
    Vətəndaşlarla görüş zamanı dövlət büdcəsi hesabına mənzillə təminata dair müraciətləri cavablandırarkən S.Müslümov bu ilin ötən dövründə nazirliyin 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin etdiyini bildirib: “Zərdab, Ucar, İmişli, Beyləqan və Füzuli rayonlarında 26 ədəd fərdi yaşayış evi bu təbəqələrdən olan şəxslərin istifadəsinə verilib. Həmçinin Beyləqan rayonunda bu ilin may ayında 54 mənzilli yaşayış binası Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Yaxın vaxtlarda Kürdəmir rayonunda 8 ədəd, Füzuli rayonunda 4 ədəd fərdi yaşayış evi də bu təbəqələrə aid vətəndaşlara veriləcək. Bu rayonlarda həmin imtiyazlı insanlar üçün mənzil tikintisi hazırda davam etdirilir və qarşıdakı dövrdə də yeni evlərin tikintisi nəzərdə tutulur”.
    Qəbul zamanı bir sıra vətəndaşların müraciətlərinə əsasən onların reabilitasiya vasitələri, bərpa-müalicə xidmətləri ilə təmin edilmələri, aktiv əmək bazarı proqramlarına cəlb olunmaları və s. ilə əlaqədar S.Müslümov tərəfindən nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verilib. Habelə ayrı-ayrı vətəndaşlara yaşadıqları ərazi üzrə münasib işlərlə təmin edilmələri üçün vakant iş yerləri təklif olunub və onlara seçdikləri iş yerlərinə göndərişlər təqdim edilib. “Hazırda sakinlərini qəbul etdiyimiz Zərdab, Ucar, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonları üzrə bu ilin yanvar-noyabr aylarında 3175 nəfər nazirliyin məşğulluq orqanları vasitəsilə münasib işlərlə təmin olunub, 104 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib”, - deyə bildirən S.Müslümov özünüməşğulluq proqramının icrası işlərinin bu 7 rayonu da əhatə etdiyini diqqətə çatdırıb: “Hazırda özünüməşğulluq proqramı üzrə təlimləri bitirənlər üçün biznes-planların qiymətləndirilməsi prosesi davam edir. Müsbət haldır ki, indiyədək qiymətləndirmədən keçənlərin 80%-dən çoxunun biznes-planları uğurlu hesab edilib. Onların ailə bizneslərinin qurulması üçün mal və materiallarla təmin olunmalarına yaxın vaxtlarda başlanacaq”.
    Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ