Sizin reklam burada
Sizin reklam burada

Çay məcrasını dəyişdi - 10-a yaxın ev təhlükədə

Çay məcrasını dəyişdi - 10-a yaxın ev təhlükədə Karxanaların fasiləsiz fəaliyyəti isə torpaq sürüşməsini daha da aktivləşdirib.
Qubanın II Nügədi kəndi, 6-cı məhəllənin sakini Şirəli Süleymanov deyir ki, 2010-cu ildə kəndi sel sularından qorumaq üçün beton sədlər tikilib: "Ancaq hazırda kəndin yaxınlığından keçən Qaraçay çayı məcrasını kənar müdaxilər nəticəsində dəyişərək beton səddin yanından axır və onu yuyur. Nəticədə beton sədd 10 metr uzunluqda aşıb. İndi kəndi həm sel, həm də sürüşmə təhlükəsi gözləyir".
Kənd sakinləri bununla bağlı hansı quruma müraciət etsələr də, indiyədək onların vəziyyəti ilə maraqlanmadıqlarını deyirlər.
Quba Rayon Suvarma Sistemləri İdarəsindən vəziyyətdən xəbərdar olduqlarını və bununla bağlı nazirliyə rəsmi məlumat verildiyini bildiriblər.
Quba Rayon İcra Hakimiyyəti başçısının II Nügədi kəndi üzrə nümayəndəsi Dəyanət Hacıyev bu ilin sentyabrından bu cür vəziyyətin yarandığını vurğulayıb: "Bununla bağlı lazımi təşkilatlara məlumat verilib. Ümidvarıq ki, bütün aidiyyəti qurumlar bədbəxt hadisə baş vermədən təhlükəni aradan qaldıracaqlar".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ