Sizin reklam burada
Sizin reklam burada

Bakı Nəqliyyat Agentliyi: Buz bağlayan yollarda hərəkətin təmin edilməsi üçün tədbirlər görülür

Bakı Nəqliyyat Agentliyi: Buz bağlayan yollarda hərəkətin təmin edilməsi üçün tədbirlər görülür Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq şaxtalı hava şəraiti səbəbindən bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən hazırda Böyükşor qovşağından 20 yanvar dairəsi istiqamətində, xüsusi ilə Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.
“Yolların buz bağlaması səbəbindən analoji vəziyyət Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı, 20 yanvar dairəsi Tbilisi prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi şəhər istiqamətində və Babək prospekti şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var. Diqqətinizə çatdırırıq ki, Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür”, - deyə məlumatda vurğulanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ