Sizin reklam burada
Sizin reklam burada

Deputat Adil Əliyev mükafata layiq görülüb

Deputat Adil Əliyev mükafata layiq görülüb Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatına layiq görülüb.
Deputat mükafatlandırma mərasimində iştirak edən millət vəkilləri, dövlət rəsmiləri və ictimai xadimlərə, habelə onu bu mükafata layiq görənlərə təşəkkürünü bildirib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi Elçin İsgəndərzadə isə A. Əliyevin fəaliyyətini yüksək dəyərləndirib, təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib.
Rəsmi hissənin sonunda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Ankara başqanı Xaləddin İlkin millət vəkilinə Akademiyanın fəxri doktorluq adını və “Qızıl ulduz” medalını təqdim edib.

Deputat Adil Əliyev mükafata layiq görülüb

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ