Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyəli deputat parlamentdə 20 Yanvar faciəsi ilə bağlı gündəmdən kənar çıxış edəcək

    Türkiyəli deputat parlamentdə 20 Yanvar faciəsi ilə bağlı gündəmdən kənar çıxış edəcək Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) 20 Yanvar faciəsi ilə əlaqədar gündəmdən kənar çıxış edəcək.
    Bu barədə N.Ünüvar bildirib.
    Millət vəkili bildirib ki, 20 Yanvar faciəsi əsla unudulmayacaq və faciənin qurbanları daim xatırlanacaq.
    Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ