Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan və Slovakiya hökumətlərarası komissiya yaratmağı planlaşdırır

Azərbaycan və Slovakiya hökumətlərarası komissiya yaratmağı planlaşdırır Azərbaycan və Slovakiya iqtisadi sahədə daha sıx qarşılıqlı əlaqələr qurmaq üçün iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya yaratmağı planlaşdırır.
Bu barədə hökumətdəki mənbə məlumat verib.
İki ölkə həmçinin, müqavilə-hüquqi bazanı genişləndirmək niyyətindədir.
Hazırda investisiyaların təşviqi, ikiqat vergitutmanın aradan qaldırılması, aqrar, təhsil, turizm və İKT sahəsində əməkdaşlıq haqqında saziş layihələri üzərində iş aparılır.
Bu gün iki ölkə arasında müqavilə bazasında 10-a yaxın sənəd var.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-iyul aylarında Slovakiya ilə əmtəə dövriyəsi 9,9 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyəsi 36,11 faiz azalıb.
İki ölkə arasında mütəmadi olaraq siyasi məsləhətləşmələr aparılır.
İki ölkənin həmçinin, "Vışeqrad qrupu", "Şərq Tərəfdaşlığı" və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilatlar - GUAM" çərçivəsində sıx əlaqələri var.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ