Sizin reklam burada
Sizin reklam burada
  • Kristin Muttonen: Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur

    Kristin Muttonen: Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur.
    Bunu ATƏT-in Parlament Assambleyasının (PA) sədri xanım Kristin Muttonen deyib.
    O bildirib: "Azərbaycana gəlməkdən çox şadam. Bu, ATƏT PA-nın sədri kimi Azərbaycana ilk səfərimdir. Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur, eyni zamanda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə yaxşı əlaqələrimiz var".
    Qeyd edək ki, ATƏT PA sədri xanım K.Muttonen sentyabrın 7-də Azərbaycana səfərə gəlib. K.Muttonenin səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulur. ATƏT PA sədrinin Azərbaycana səfəri sentyabrın 10-dək davam edəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ