
İ. Səragəldin hazırda dünyada kasıbların daha da kasıblaşacağı, varlıların varlanacağı qənaətinin hökm sürdüyünü, ümidsizlik tendensiyasının müşahidə olunduğunu bildirib.
Eyni zamanda inkluzivliyin, sülhün sayəsində bərabərliyin mümkün olacağına inandığını vurğulayıb: "İnformasiyanın əsasında biliklər formalaşır. Biz bu biliklərlə müdrikliyə nail olmalıyıq. Artıq müdriklik bərqərar olmalıdır. Birinci növbədə mədəniyyət, incəsənət öndə olmalıdır. Biz elmə əsaslanan gənc liderliyə önəm verməliyik. Nyuton, Eynşteyn kimi insanlar çox gənc yaşlarında böyük kəşflər ediblər. İnternet və mobil telefonlarla bu gün gənclər çox şeyə nail ola bilərlər. Məhz gənclər dünyanı təəccübləndirməlidirlər".