Sizin reklam burada
Sizin reklam burada

İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Bu barədə İspaniyanın Bakıdakı səfirliyindən bildiriblər.
Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.
Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ