
Bunu bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə deyib.
N. Kurtulmuş bildirib ki, Ermənistanın qısa müddətdə torpaqları işğaldan azad edərək Azərbaycana təhvil verəcəyinə ümid edir.
O, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin həlak olmasına da münasibət bildirib.
"Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində 2 yaşlı Zəhranın öldürülməsi qəbuledilməzdir. Bu, beynəlxalq cinayətdir", - deyə N. Kurtulmuş vurğulayıb.