Sizin reklam burada
Sizin reklam burada

Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Tədbirlər Planı müzakirə olunub

Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Tədbirlər Planı müzakirə olunub Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planının layihəsi müzakirə olunub.
Tədbirlər Planının layihəsinin müzakirəsində Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olacaq: “Bu əlamətdar yubiley Azərbaycanın dövlətçilik tarixinin, müstəqillik illərində əldə etdiyi uğurların bütün dünyada daha geniş şəkildə tanıdılması üçün əlverişli fürsətdir. Bununla bağlı çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Müxtəlif qurumlara tədbirlərin keçirilməsi ilə bağlı ünvanlanan müraciətə cavab olaraq 195 təklif alınıb. Təkliflər ümumiləşdirilib, yubiley ilə əlaqədar rəmzi olaraq onlardan 100-ü Tədbirlər Planının layihəsinə daxil edilib”.
Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, xarici işlər nazirinin müavini Xələf Xələfov, ədliyyə nazirinin müavini Məhərrəm Əliyev və başqaları Tədbirlər Planının layihəsi ilə bağlı təkliflərini bildiriblər.
Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçiriləcək, kitablar nəşr olunacaq, sənədli filmlər çəkiləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ