
Bu barədə Ermənistan XİN-in yaydığı məlumatda bildirilir. Məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin irəliləməsi yolları müzakirə olunub.
Həmsədrlər nazirlərdən prezidentlərin cari ildə görüşünün keçirilməsinə dair təklifini ölkə başçılarına çatdırmağı xahiş ediblər.
Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün bu ilin sentyabrında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilməsinə dair razılıq əldə olunub.