Sizin reklam burada
Sizin reklam burada

Fransalı deputat: BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirməli və Ermənistanın dinc sakinlərə hücumunu pisləməlidir

Fransalı deputat: BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirməli və Ermənistanın dinc sakinlərə hücumunu pisləməlidir BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirməli və Ermənistanın dinc sakinlərə hücumunu pisləməlidir.
Bunu fransalı deputat Raşida Dati deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk qrupu və BMT Təhlükəsizlik Şurası vasitəsilə təsir göstərmək imkanı var:
“ATƏT-in Minsk qrupunun bütün vasitələrindən istifadə etmək lazımdır. Bu münaqişənin başa çatması üçün biz Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməliyik”.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ