Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medal təsis olunub

Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medal təsis olunub Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medalın təsis olunması ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu medalın xüsusi əhəmiyyəti var.
"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavə təklifi kimi müzakirəyə çıxarılan layihəyə görə, qanunun 2-ci maddəsinə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.
Layihə səsə qoyularaq qəbul olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ