Sizin reklam burada
Sizin reklam burada
  • Razi Nurullayev Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tərəfindən iqamətgahda təşkil olunan vida mərasimində iştirak edib

    Ötən gün Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, millət vəkili, MCP sədri Razi Nurullayev
    Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tərəfindən iqamətgahda təşkil olunan vida mərasimində iştirak edib.

    Parlamentari bu barədə fikirlərini "atributinfo.az"la bölüşüb:

    "Ralf Horlemann ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə yalnız diplomatik missiyasını yerinə yetirməklə kifayətlənmədi, eyni zamanda Azərbaycan cəmiyyətinə səmimi şəkildə inteqrasiya etməyi bacardı. Onun açıq ünsiyyəti, sadəliyi və insanlara yaxınlığı onu fərqləndirən əsas xüsusiyyətlərdən oldu.

    Bu müddət ərzində Azərbaycan-Almaniya münasibətlərinin inkişafına verdiyi töhfələri xüsusi qeyd etmək lazımdır. O, Azərbaycan xalqı ilə həqiqətən qaynayıb-qarışa bildi və burada xoş iz buraxdı.

    Ralf Horlemanna gələcək təqaüd həyatında uğurlar arzulayıram. İnanıram ki, harada olmasından asılı olmayaraq, qazandığı bu səmimi münasibətlər onun üçün hər zaman dəyərli olacaq."- Razi Nurullayev deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ