Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda yeni vəzifələrin yaradılması təsdiq edildi

Azərbaycanda yeni vəzifələrin yaradılması təsdiq edildi Azərbaycanda idarəetmədə yeni strukturlar, habelə inzibati və yardımçı vəzifələr yaradılır.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, idarəetmədə yeni strukturlar, habelə inzibati və yardımçı vəzifələr yaradılır. İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.
Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ