Sizin reklam burada
Sizin reklam burada
  • Bu cür təxribat xarakterli çıxışlar heç vaxt cəmiyyət tərəfindən isti qarşılanmayıb

    Milli Məclisin iclaslarında deputatın müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, səsvermədə iştirak etmək hüququ vardır. Təbii ki, qanunvericilik çərçivəsində heç kəsi təhqir etmədən, şər atmadan, yalan ifadə vermədən.
    "Atributinfo.az" diqqətə çatdırir ki, Razi Nurullayev istənilən məsələyə dövlətçiliyi nəzərə alaraq öz mövqeyini qərəzsiz bildirən, xalqın sözünü deyən və cəsarətlə çıxış edən deputatlardandır.
    79 saylı İmişli seçki dairəsindən yüksək səs çoxluğu ilə deputat secilən və daim seçicilərinin yanında olan, onların qayğı və problemləri ilə yaxından məşğul olan Razi Nurullayev İmişlidə baş verən ağır yol nəqliyyat hadisəsinə rəhbəri olduğu Milli Cəbhə Partiyası adından və ən əsası İmişlini təmsil edən bir millət vəkili olaraq adından ilk gündən açıq-aşkar öz mövqeyini bildirib.
    Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirik ki, onun adından yalan məlumat vermək yolverilməzdir. Sifarişlə olsa belə...Bu cür təxribat xarakterli çıxışlar heç vaxt cəmiyyət tərəfindən isti qarşılanmayıb.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ