
O görüş zamanı Putin, dövlətçilik tarixinə möhür vurmuş bu dahi şəxsiyyətə yer göstərir. Lakin Heydər Əliyev dərhal oturmur – qarşısındakının jestini alqışlayır, lakin öz dövlətinin və şəxsiyyətinin ağırlığını qoruyaraq davranır. Onun bu hərəkəti nəzakət qaydalarına əsaslanan sadə bir jest kimi görünə bilər, amma əslində, bu, dövlət başçısı kimi sahib olduğu xarizmanın və siyasi gücünün ifadəsi idi.
Putinin Heydər Əliyevə bəslədiyi hörmət yalnız yaş fərqindən və ya protokol qaydalarından irəli gəlmirdi. Bu, həm də Heydər Əliyevin beynəlxalq arenada qazandığı nüfuzun, müdrikliyinin və güclü liderlik xüsusiyyətlərinin bir göstəricisi idi. Böyük liderlər qarşısında təkcə siyasi xadimlər deyil, hətta dünya miqyaslı qüdrətli liderlər belə ehtiramla dayanırlar.
Bu hadisə bir daha sübut edir ki, güclü şəxsiyyətlər təkcə siyasi arenada deyil, diplomatik münasibətlərdə də öz hörmətini və nüfuzunu qorumağı bacarırlar. Heydər Əliyev sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının və postsovet məkanının ən nüfuzlu liderlərindən biri idi və onun xatirəsi daim ehtiramla anılacaq!
Anar Agakisiyev
Saatlı rayon icra hakimiyyıətinin əməkdaşı