"Atributinfo.az" xəbər verir ki, Balçılı və Qırıqlı kəndlərində keçirilən görüşlər zamanı YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev bələdiyyələrin ötən dövr ərzində keçdiyi inkişaf yolundan və qarşıda duran vəzifələrdən danışıb, Yeni Azərbaycan Partiyasının seçki proqramı və namizədləri haqqında ətraflı məlumat verib.: “Ölkəmizdə indiyədək keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbələr qazanan Yeni Azərbaycan Partiyası yeni reallıqlar və çağırışlar fonunda növbəti seçkilərə də böyük qələbə əzmi ilə qatılıb”.
Seçki qərargahının üzvü Emin Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Fəxri Hüseynov, Məlahət Quliyeva, Gülarə Nəbiyeva ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını, bugünədək bələdiyyələrin bir çox layihələrin həyata keçirilməsinə və sosial məsələlərin həllinə önəmli töhfələr verdiyini vurğulayıblar.
Bununla yanaşı qeyd olunub ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayanır. Yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlar.
Görüşlər zamanı çıxış edən seçicilər, Akif Hüseynov, Səhər Quliyeva və Roza Abbasova bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər Cümşüdlü, Qırıqlı və Haçaqaya kəndində seçicilərlə məhəllə görüşləri keçiriblər.
Bəradər
"Atributinfo.az"
