Sizin reklam burada
Sizin reklam burada
  • Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Milli Məclisin sədri Sahibə Qafarovaya təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

    Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib. O, "Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
    Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ