Ermənistan ərazisinə yerləşdirilmiş Avropa İttifaqının "müşahidəçi”ləri əslində viziual kəşfiyyatçılardır. Hətta onlar bir müddət əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının dislokasiyası haqqında məlumatları da tabe olduqları qurumlara ötürmüşdü. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi etiraz bəyanatı ilə çıxış etmişdi. Bütün bunlar onu sübut edir ki, Aİ-nin Ermənistandakı “müşahidəçiləri” sırf kəşfiyyatçılardan formalaşdırılıb.
Bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O qeyd edib ki, həmin “müşahidəçilər” sərhədin hər bir addımının, hər metrəsinin monitorinqini aparır, təhlil edir:
“Bununla da toplanmış arayışları müvafiq olaraq özlərinin kəşfiyyat qurumlarına ötürür. Azərbaycanla sərhədə Fransa bayrağı altında avtomobilin gəlişi isə heç də təsadüfi deyildi. Artıq dövlət səviyyəsində razılıq verilmişdi. Həmin avtomobilin Fransanın Ermənistandakı səfirliyinə və yaxud Fransa kəşfiyyatının rezidenturasına aid olması da mümkündür”.
Komitə sədri bildirib ki, Fransa xüsusi xidmət orqanlarının əməkdaşları müxtəlif adlarla pərdələnərək əraziyə gəlir:
“Hətta Avropa İttifaqının “missiya”sının da əraziyə gətirilməsi təşəbbüsləri ehtimal edilir. Bu faktlar bir daha sübut edir ki, Ermənistandakı Aİ-nin “missiyası”nın kuratoru Fransa və onun kəşfiyyat orqanlarıdır”.
Arzu Nağıyevə görə, Azərbaycan sözsüz ki, bu halları görür və bundan ciddi nəticələr çıxarılır: “Fransa və Ermənistanın digər havadarları başa düşməlidir ki, bu cür oyunlar iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına əngəl ola bilər. Çünki sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Təbii ki, regionda bu cür təxribat xarakterli hərəkətlərə görə, BMT və digər qurumlar öz mövqeyini bildirməlidir”.
Qeyd edək ki, oktyabr əvvəlindən Avropa İttifaqının "müşahidəçi”lərinin Azərbaycanla sərhədə baş çəkməsi halları artıb. Ötən günlərdə daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. Əldə edilən kadrlardan açıq görünür ki, indiyədək "müşahidəçi”lər Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, sonrakı günlərdə sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı olub. Məhz sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil.