Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Moldova səfərindən yazır

    "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının nümayəndə heyəti olaraq Kişinyovda Moldova Parlamentinin spikeri İqor Qrosu ilə görüşdük. Sabah Moldovada keçiriləcək referendum və prezident seçkiləri ilə bağlı ətraflı müzakirə apardıq."
    Bu sözləri Milli Məclisin deputatı Musa Urud özünün Feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, dost moldovan xalqına xoş arzularımızı ifadə etdik.
    QDİƏT PA fəaliyyətinə davamlı dəstəyinə görə təltif olunmuş Moldova Parlament sədrinə təşkilatımızın fəxri medalını təqdim etdik.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ