Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin deputatı Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının tədbirində iştirak edəcək

    Milli Məclisin deputatı Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının tədbirində iştirak edəcək Milli Məclisin deputatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasında (AİPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Zaur Şükürov oktyabrın 17-də bu qurumun Baş Assambleyasının 45-ci sessiyasında iştirak etmək üçün Laos Xalq Demokratik Respublikasının Vyentyan şəhərinə səfər edəcək.
    Sessiyada “İnteqrasiya və inklüziv artım üçün parlament əməkdaşlığı” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.
    Səfər oktyabrın 21-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ