Sizin reklam burada
Sizin reklam burada

Mehriban Əliyeva iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Mehriban Əliyeva iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin bir çox sahəni əhatə etdiyindən və bu əlaqələrin qarşılıqlı hörmət əsasında qurulduğundan şad olduğunu bildirib.
Azərbaycanla İran arasında münasibətlərin tarixi köklərə əsaslandığını deyən Mehriban Əliyeva Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında bir çox sənədin imzalandığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bir çox sahədə qurulan əlaqələrdən danışan birinci vitse-prezident humanitar sahədə əməkdaşlıq üçün daha geniş imkanların olduğunu da söyləyib və bu əməkdaşlığa dəstəyini verməyə hazır olduğunu vurğulayıb.
Mahmud Vaezi Mehriban Əliyevanı birinci vitse-prezident təyin olunması münasibətilə təbrik edib, onun İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ