Sizin reklam burada
Sizin reklam burada
  • Astaralılar YAP-ın namizədinə səs verəcəklər!!!

    Deputatlığa namizəd Rəşad Mahmudovun.Astara rayonu, Şiyəkəran kənd tam orta məktəbində seçiciləri ilə görüşü keçirilib.

    Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası tərəfindən 79 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mahmudov Rəşad Məmmədqulu oğlunun Astara rayonu, Şiyəkəran kənd tam orta məktəbində seçiciləri ilə görüşü keçirilib.
    "Atributinfo.az"ın aldığı məlumatda bildirilir ki, görüşdə YAP rayon təşkilatının sədri HəbibCəfərov çıxış edərək bildirib ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının müstəsna rolu və önəmli payı vardır. YAP suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərinin həyata keçirilməsinə də öz töhfələrini vermək üçün daha böyük səylə çalışır.
    Rəşad Mahmudov qeyd edib ki, bu gün insanların xoş əhval-ruhiyyəsindən, yüksək fəallığından da göründüyü kimi, Yeni Azərbaycan Partiyasına xalqın inamı və etimadı böyükdür. Hər bir seçkinin nəticələri bu etimadın daha da artdığını təsdiqləyir. Çünki YAP yarandığı gündən Azərbaycanın daha da güclənməsinə, beynəlxalq nüfuzunun artmasına, xalqın rifahının daha da yüksəlməsi üçün əzmlə çalışır. Partiyanın sözlə əməl birliyi, hər bir təşəbbüsünün, qəbul etdiyi qərarın Azərbaycanın uğurlu gələcəyinə xidmət etməsi onun cəmiyyətdə rolunu artırır, mövqeyini daha da möhkəmləndirir. Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
    Tədbirdə çıxış edən seçicilər- Psxologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru ElnurRüstəmov, ArazMehrəliyev, ƏskərZeynalov, Yunus Qulamov parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
    79 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudov elə həmin gün Astara rayonunun Ərçivan qəsəbəsində də seçicilərlə səyyar görüş keçirmişdir.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ