Sizin reklam burada
Sizin reklam burada
  • MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclasında

    MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclasında Milli Məclisin üzvü Könül Nurullayeva mayın 28-də MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 22-ci iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
    Deputat Könül Nurullayevanın tədbirdə “Gənc sahibkarların dəstəklənməsi və inkişafı haqqında: MDB dövlətlərinin təcrübəsi” mövzusunda çıxışı nəzərdə tutulur.
    Səfər mayın 31-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ