Daha sonra nümayəndə heyətinin tərkibində olan millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı, Anar İskəndərov, Məlahət İbrahimqızı, Ramin Məmmədov, Fəzail Ağamalı, Naqif Həmzəyev, Cavanşir Feyziyev Qərbi Azərbaycan İcmasının fəaliyyətinin müxtəlif aspektləri haqqında məlumat veriblər. Türkiyə Parlamentində Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım, çıxışında Qərbi Azərbaycandan məcburi köçürülmüş əhalinin hüquqlarının beynəlxalq platformalarda müdafiəsi məqsədilə Türkiyə və Azərbaycan Parlamentləri arasında əməkdaşlığın zərurətini vurğulayıb. Daha sonra çıxış edən Qazi Universiteti, Orta Doğu Texniki Universiteti, Sosial Elmlər Universiteti rektorları və Ankara Universitetinin professor-müəllim heyəti üzvləri Qərbi Azərbaycan mövzusunun tədris prosesində işlənməsi, bu mövzuda akademik tədbirlərin ardıcıl olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Tədbirin sonunda iştirakçılar Ankara Universiteti Rektorluğu önündə 2001-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən əkilmiş ağacın önündə xatirə şəkli çəkdirərək, ulu öndərin əziz xatirəsini yad ediblər.