Sizin reklam burada
Sizin reklam burada
  • Fransa bu gün bütün dəyərləri bir kənara qoyaraq, açıq-aşkar təcavüzkar Ermənistan dövlətinin yanında yer alıb

    Oktyabrın 6-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. Bu barədə "atributinfo.az"-a açıqlama verən deputat Rəşad Mahmudov deyib:
    -"İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, dünən Avropa Parlamentində Azərbaycanı hədəf alan çirkin siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib.
    Parlamentin spikeri qeyd edib ki, belə bir qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri, Qarabağ bölgəsində suverenliyimizin tam bərpa olunması, münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmirlər. O, söyləyib ki, işğal dövründə mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməyə yönəlib.
    Sahibə Qafarova deyib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərin görməzliyə vurulması Avropa Parlamentinin ikili standartlardan əl çəkə bilmədiyini göstərir. Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi isə siyasi məsuliyyətsizliyin ən bariz nümunəsidir.
    Milli Məclisin sədri bildirib ki, sözügedən sənəd, əsasən fransalı deputatların təşəbbüsü ilə hazırlanıb və müzakirəyə çıxarılıb. Bu da heç də təsadüfi deyil, çünki Fransa bu gün bütün dəyərləri bir kənara qoyaraq, açıq-aşkar təcavüzkar Ermənistan dövlətinin yanında yer alıb.
    Sahibə Qafarova vurğulayıb ki, həm Fransada, həm də bəzi digər ölkələrdə və təşkilatlarda Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bilsinlər ki, bütün cəhdləri əbəsdir. Haqq-ədalət Azərbaycanın tərəfindədir. Azərbaycan güclü dövlətdir və xalqımızı yenidən fəlakətə sürükləmək istəyən qüvvələrin qarşısını almağa qadirdir.
    Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, “uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər – nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ