Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Azərbaycanın ilk təbiət ərazisidir"

    "Ölkəmiz adına daha bir xoş xəbər aldıq. Bir daha anladıq ki, şimaldan cənuba, şərqdən qərbə doğulub boya-başa çatdığımız Vətənimizin hər qarışı dəyərdir, gözəllikdir, əvəzsizdir. Bunu beynəlxalq ictimaiyyət də qəbul edir."- Bu sözləri Milli Məclisin deputatı Rəşad Mahmudov "atributinfo.az"-a açıqlamasında deyib. Astaradan seçilən deputat R.Mahmudov qeyd edib ki,
    Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Azərbaycanın ilk təbiət ərazisidir.
    Belə bir təbiət abidəsinin qorunub, mühafizə olunması dövlətimizin uzunmüddətli xətt üzrə inkişaf edən ekoloji siyasətinin uğurlu davamıdır və Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, xüsusilə ölkə başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə diqqətinin təzahürüdür:
    "Respublikamızın zəngin təbiətinin qorunması işində və gələcək nəsillərə çatdırılması istiqamətində beynəlxalq səviyyədə qazanılan bu böyük uğura görə, hər kəsi təbrik edirik. Əməyi keçən hər kəsə sonsuz təşəkkür edirik.
    Tanrı Azərbaycanımızı qorusun!"- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributunfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ