Deputat: "Meksika Azərbaycanın haqlı mövqeyini həmişə dəstəkləyib"
Siyasət
18-09-2023, 09:26
48
"15.09.2023-cü il tarixində Bakıda Meksikanın milli bayramı - Müstəqillik Gününün 213-cü ildönümü münasibətilə rəsmi tədbirdə, Meksikanın Azərbaycandakı səfiri xanım Viktoria Romero dəvəti ilə Deputat həmkarım Jalə xanım Əliyeva ilə birlikdə iştirak etdik."- Bunu Milli Məclisin deputatı İltizam Yusifov tədbirlə bağlı təəssuratlarını bölüsərkən "atributinfo.az"-a açıqlamasında deyib. O, qeyd edib ki, tədbirdə iki ölkə arasında mövcud qarşılıqlı siyasi, iqtisadi, ticari əlaqələrin inkişafından söz açıldı. Biz də Meksika xalqına olan öz arzularımızı, təbriklərimizi cənab səfirə çatdırdıq. "Meksika böyük, qədim mədəniyyətə malik bir ölkədir. Meksikalılar Amerika qitəsinin köklü, yerli və bəşəriyyətə Mayya sivilizasiyasını vermiş bir xalqdır. Meksika həm də bizə dost ölkədir. Meksika-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Meksika Azərbaycanın haqlı mövqeyini həmişə dəstəkləyib. Meksika Senatı Xocalı soyqırımını tanıyıb və paytaxt Mexikoda Xocalı soyqırımı abidəsi də ucaldılıb."- Deputat deyib.